Bank Of Baku

Yay mövsümünün yekunlaşması ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın bölgələrdəki turizm obyektlərində monitorinqlər aparır

Yay mövsümünün yekunlaşması ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın bölgələrdəki turizm obyektlərində monitorinqlər aparır
# 24 avqust 2011 09:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Yay mövsümünün yekunlaşması ilə əlaqədar Azərbaycanın bölgələrdəki turizm, mehmanxana və mehmanxana tipli obyektlərdə monitorinqlər aparılır. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin əməkdaşları bölgələrə ezam olunublar. Mədəniyyət və Turizm Nazirliynin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, bu monitorinqlər yay mövsümünün əvvəlində də aparılıb və hazırkı monitorinqlər yay mövsümünün yekunları ilə bağlı həyata keçirilir. İ. Hümbətov deyib ki, nazirliyin əməkdaşlarının ölkənin şimal, cənub və şimal-qərb istirahət mərkəzlərində, mehmanxana və mehmanxana tipli obyektlərdəki monitorinqləri bir neçə gün davam edəcək.

Əldə olunan bütün nəticələr sentyabrın 27-də Ümumdünya Turizm Günü ilə bağlı keçirilməsi planlaşdırılan böyük tədbirdə ictimaiyyətə açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR