Bank Of Baku

Şuşa və Ağdamın turizm potensialı araşdırılır

Şuşa və Ağdamın turizm potensialı araşdırılır
# 01 sentyabr 2011 08:27 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Şuşa və Ağdamın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi” layihəsinin icrasını davam etdirir. Fonddan APA-ya verilən məlumata görə, layihə çərçivəsində SAMF-ın əməkdaşları tərəfindən işğal altında qalan mövcud turizm obyektlərinin siyahısı dəqiqləşdirilib, habelə turizmin bölgəyə verdiyi illik gəlirlər haqqında məlumatlar toplanaraq bölgədəki turizm imkanlarını araşdırılıb. Hazırda həmin rayonlar üzrə dəymiş ziyanın məbləği dəqiqləşdirilir.

SAMF bu layihə vasitəsilə bütün dünya ictimaiyyətinin diqqətinə regionun həm də turizm mərkəzi olduğunu isbatlayan faktlar və rəqəmləri çatdırmaq niyyətindədir. Çünki Qarabağın ermənilər tərəfindən işğal edilməsi nəticəsində bütün sahələrlə yanaşı regionun turizm iqtisadiyyatına ciddi ziyan dəyib.

Fond layihənin icrasını davam etdirir və əldə etdiyi nəticələri ictimai müzakirəyə çıxarmaq niyyətindədir.

Qeyd edək ki, layihə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR