Ən bahalı hotellərə malik şəhərlərin reytinqi açıqlanıb
«APA-Economics»in məlumatına görə, HRG-nin apardığı tədqiqatın nəticələrinə əsasən, Moskva (Rusiya) hotellərində nömrələrin qiyməti yenidən ən yüksək həddə çatıb və nəticədə bu şəhər reytinqdə birinci pillədə qərarlaşıb. Belə ki, Moskva hotellərində cari ilin yanvar-iyun aylarında nömrələrin orta qiyməti təxminən 295 avro olub. Bu da 2010-cu ilin analoji dövrü ilə müqayisədə 1% çoxdur, halbuki ötən il Rusiya paytaxtında hotellərdə nömrələrin qiyməti 2009-cu ilə nisbətən 12% aşağı düşmüşdür. Mütəxəssislər Moskvada hazırkı qiymət artımını şəhərdə yeni hotellərin açılması ilə əlaqələndirir.
Siyahıda ikinci və üçüncü yerləri Cenevrə və Sürix (hər ikisi İsveçrə) şəhərləri tutub. Belə ki, Cenevrədə hotel nömrələrinin orta qiyməti 257 avro, Sürixdə isə 249 avro təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən Cenevrədə hotel nömrələrinin qiyməti 13%, Sürixdə isə 17% artıb.
Reytinqdə ilk beşliyi Paris (Fransa) və Stokholm (İsveç) şəhərləri tamamlayır. Dördüncü yerdə qərarlaşan Paris hotellərində nömrələrin orta qiyməti 235 avro təşkil edib ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 5% çoxdur. Stokholm hotellərində isə qiymət ötən ilin analoji dövrü ilə müqayisədə 10% artaraq 228 avroya çatıb.
Reytinqin ilk onluğuna həmçinin Vaşinqton (ABŞ), Sidney (Avstraliya), İstanbul (Türkiyə), Nyu-York (ABŞ) və Oslo (Norveç) şəhərləri daxil olub.
Ümumiyyətlə, 2011-ci ilin ilk yarısında dünyada hotel xidmətləri orta hesabla 4% bahalaşıb. Belə ki, HRG şirkətinin 50 şəhər üzrə apardığı tədqiqat nəticəsində sözügedən sahədə 33 şəhərdə qiymət artımı qeydə alınıb. Hesabat dövründə ən yüksək qiymət artımı (37%) İstanbulda müşahidə olunub. Regionlar arasında isə ən bahalı qiymətlər Asiya və Sakit Okean regionunda qeydə alınıb. Sözügedən regionda cari ilin yanvar-iyun aylarında orta hesabla 7% bahalaşma olub.
Şərqi Avropa reygionunda isə qiymətlər 6,6% aşağı düşüb. Mütəxəssislərin fikrincə, qiymət azalması bir qədər də artıq ola bilərdi. Lakin Kiyev (Ukrayna) və Buxarest (Rumıniya) şəhərlərinin hotellərindəki qiymətlər buna mane olub. Belə ki, sözügedən şəhərlərdə 4%-lik qiymət artımı qeydə alınıb.
Böyük Britaniyada cari ilin yanvar ayında əlavə dəyər vergisinin artırılmasına baxmayaraq, hotellərdə nömrələrin qiymətləri cüzi (2%) artaraq orta hesabla 177 avro təşkil edib.
Hesabat dövründə Şimali Amerika regionunda hotel nömrələrində qiymətlərin artımı təxminən 4% təşkil edib. Los-Anceles (ABŞ), Toronto və Monreal (hər ikisi Kanada) şəhərlərin istisna olmaqla, bütün digər şəhərlərdə qiymət artımı qeyd alınıb.
Turizm
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
NK “Turizm haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamağı tapşırıb
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək
Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək
Xəbər Lenti
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib
Britaniyanın maliyyə naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata təzyiq göstərir
Yəmən hökuməti: Husilərin Bab əl-Məndəbə nəzarətinə imkan verməyəcəyik
Dövlət Departamenti ər-Riyada 5,75 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ-da dövlət qulluğuna namizədlərlə müsahibəni süni intellekt aparacaq