Bank Of Baku

Azərbaycanda “Turizm ili”nə ictimai dəstək proqramı həyata keçiriləcək

Azərbaycanda “Turizm ili”nə ictimai dəstək proqramı həyata keçiriləcək
# 05 sentyabr 2011 10:30 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Gənclər üçün Təhsil Mərkəzi “Turizm ili”nə ictimai dəstək məqsədilə yaxın günlərdə yeni proqramın icrasına başlayacaq. Mərkəzdən APA-ya verilən məlumata görə, proqramın əsas məqsədi həm ölkədə, həm də Avropanın müxtəlif təhsil ocaqları, gənclər mərkəzləri və mediasında Azərbaycanın turizm potensialının tanıdılmasına kömək etmək, gənclərin turizm təşəbbüslərinin artmasına şərait yaratmaqdır.

İlkin olaraq 2 il davam edəcək proqram çərçivəsində Azərbaycanın turizm potensialını tanıdacaq internet portalının yaradılması, xarici universitetlərdə təqdimat mərasimlərinin və Azərbaycan günlərinin keçirilməsi, xarici mətbuatla işin təşkili, yerli turizm şirkətləri üçün idarəetmə təlimlərinin keçirilməsi, hava limanında maarifləndirmə işlərinin təşkili, gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi və sair nəzərdə tutulur.

Proqramın reallaşdırılması üçün bir neçə xarici ölkənin turizm təşkilatlarının iş təcrübəsi öyrənilib və ilkin əməkdaşlıq üçün razılıq alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR