Bank Of Baku

Misir vizaların verilmə qaydasını sərtləşdirir

Misir vizaların verilmə qaydasını sərtləşdirir
# 09 sentyabr 2011 09:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Misir hökuməti vizaların verilməsi qaydasına dəyişiklik edib. «APA-Economics»in «Associated Press»a istinadən xəbərinə görə, artıq turistlər vizanı bu ölkəyə gəldikdən sonra ala bilməyəcək.

Sözügedən dəyişiklik onu göstərir ki, bundan sonra Misirə səfər etmək istəyənlər bu ölkənin səfirliklərinə müraciət etməli olacaqlar. Yeni qaydalar ABŞ, Avstraliya, Avropa, Fars körfəzi, Latın Amerikası və Asiya ölkələrinin vətəndaşlarına aiddir.

Buna baxmayaraq, yeni qaydalar Misirə qrup şəklində gələn turistlərə aid edilmir. Vizaların yeni verilmə qaydasının gələn həftədən tətbiq olunacağı gözlənilsə də, dəqiq tarixi məlum deyil.

Qeyd edək ki, bundan bir qədər əvvəl Misir hökuməti xarici turistlərin Qırmızı dəniz çimərliklərində özlərinin aparması barədə də düşünürdü. Radikal islamçılar alkoqollu içkilərə qadağanın qoyulmasını və geyim qaydalarına riayət etməyi təklif edib ki, bura hətta çimərlikdə bikinidə olmaq belə qadağası daxildir. Lakin yerli turizm şirkətlərinin nümayəndələri hesab edib ki, bu cür qadağaların tətbiqi ölkəni ildə 13 mlrd. ABŞ dollarından məhrum edə bilər.

Xurqada və Şarm-əş-Şeyx kurortlarının yerli əhalisi dress-kodu pozanların 150 avro cərimə edilməsini istəyir. Misir qadınları çimərlikdə hicabda çimir. Misirin Turizm Şirkətləri Palatasının rəhbəri Husam əş-Şairin sözlərinə görə, bu cür qadağaların tətbiqi ölkəni «tənha» qoyacaq: «Sadəcə, bizim ölkəyə heç kim gəlməyəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR