Bank Of Baku

Kiyevdə GUAM-ın turizm üzrə işçi qrupunun iclası keçirilib

Kiyevdə GUAM-ın turizm üzrə işçi qrupunun iclası keçirilib
# 13 sentyabr 2011 09:50 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. Kiyev (Ukrayna) şəhərində GUAM-ın turizm üzrə işçi qrupunun sayca XI iclası başa çatıb.

APA-Economics”in qurumun saytına istinadən xəbərinə görə, iclasa üzv-dövlətlərin turizm nazirliklərinin və agentliklərinin, habelə Yaponiyanın Ukraynadakı səfirliyinin nümayəndələri qatılıb.

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova təmsilçiləri bu ayın sonunda Tokioda keçiriləcək Ümumdünya Turizm Sərgisində birgə iştirak barədə razılığa gəliblər. Eyni zamanda iclasda qərara alınıb ki, işçi qrupun müvafiq nazirlik rəhbərləri səviyyəsində iclası cari ilin dördüncü rübündə keçiriləcək. Görüşün dəqiqi tarixi diplomatik kanallarla razılaşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR