Bank Of Baku

Türkiyə Ukrayna ilə viza rejiminin ləğvinə hazırlaşır

Türkiyə Ukrayna ilə viza rejiminin ləğvinə hazırlaşır
# 13 sentyabr 2011 14:00 (UTC +04:00)
APA-Economics”in Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə Ukraynanın Türkiyədəki səfiri Sergey Korsunski açıqlama verib.

Onun sözlərinə görə, viza rejiminin ləğvinə dair saziş bu ilin dekabr ayında Ukrayna prezidenti Viktor Yanukoviçin Türkiyəyə səfəri zamanı imzalanacaq. Səfər çərçivəsində Türkiyə və Ukrayna prezidentlərinin rəhbərliyi ilə iki ölkənin Ali Strateji Şurasının toplantısı keçiriləcək.

Səfir qeyd edib ki, viza rejiminin ləğvinə dair saziş 2012-ci ilin may ayına qədər Türkiyə və Ukrayna parlamentləri tərəfindən ratifikasiya olunacaq: “Bu isə türkiyəli azarkeşlərin 2012-ci ildə Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatında iştirak etməsinə yol açacaq. Türkiyə millisi finala çıxarsa, bu, bizim üçün 1 milyon nəfər turist deməkdir”.

S.Korsunski bildirib ki, hər il Ukraynaya 40 min türkiyəli gəlir, Türkiyəyə gələn ukraynalıların sayı isə 750 min nəfəri ötür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR