Bank Of Baku

Londonda Avropanın ən böyük ticarət mərkəzi açılıb

Londonda Avropanın ən böyük ticarət mərkəzi açılıb
# 14 sentyabr 2011 07:41 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Dünən Londonda Avropanın ən böyük ticarət mərkəzi «Westfield»in açılış mərasimi keçirilib.

APA-Economics”in «Sky News»ə istinadən verdiyi məlumata görə, ticarət mərkəzində 300 mağaza, 70 restoran və 14 kinozal yerləşir.

«Westfield»də dünyanın ən məşhur brendlərinin - «Marks&Spencer», «John Lewis», «Apple» və «Next»in mağazaları fəaliyyət göstərəcək. Mağazaların hər biri alqışlarla açılıb.

Qeyd edək ki, «Westfield» ticarət mərkəzi Londonun Olimpiya parkının yaxınlığında tikilib. 2012-ci il London Yay Olimpiya Oyunlarında yarışların böyük hissəsi məhz bu stadionda keçiriləcək. Mərkəzin özündə Olimpiya yarışlarının translyasiyası üçün böyük ekranlar quraşdırılacaq. Ticarət mərkəzinin tikintisi 1,45 mlrd. funt sterlinqə (2,3 mlrd. dollar) başa gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR