Bank Of Baku

“Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə infotur təşkil ediləcək

“Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə infotur təşkil ediləcək
# 22 sentyabr 2011 13:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda elan olunan “Turizm ili” çərçivəsində sentyabrın 24-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə infotur təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya bildiriblər ki, Azərbaycan tarixinin, mədəniyyətinin, xalqın adət-ənənələrinin yaşadılmasında, gələcək nəsillərə ötürülməsində mühüm rolu olan bu qoruğun ərazisində tikinti-quruculuq işləri aparılıb. Bu, həmin əraziyə infoturun keçirilməsinin əhəmiyyətini daha da artırıb.

Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya Qoruğunun turizm nümayiş obyekti kimi təqdimatına həsr olunmuş infoturda turizm şirkətləri və KİV nümayəndələri də iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR