Bank Of Baku

Ümumdünya Turizm Günü Azərbaycanda təntənəli qeyd olunacaq

Ümumdünya Turizm Günü Azərbaycanda təntənəli qeyd olunacaq
# 22 sentyabr 2011 13:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda “Turizm ili” çərçivəsində Ümumdünya Turizm Gününün təntənəli qeyd olunması münasibətilə sentyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin gün Ümumrespublika daxili turizm konfransı keçiriləcək. Saat 10:00-dan 19:00-dək Dənizkənarı Milli Parkda əl sənətkarlığı nümunələri sərgisi açılacaq. Axşam isə Dənizkənarı Milli Parkda konsert proqramı baş tutacaq. Bundan başqa, ölkə muzeylərində “Açıq qapı” günü elan olunacaq.
O da bildirilib ki, bu günlərdə Fransanın Paris şəhərində keçirilən “TOP RESA 2011” beynəlxalq turizm sərgisində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi də iştirak edir. Sərgidə Nazirliyin nümayəndə heyətinin tərkibində turizm şirkətləri, rəqs ansamblı, muğam üçlüyü və televiziya kanalının nümayəndələri təmsil olunur. Sərgi çərçivəsində bu gün - Azərbaycanın turizm potensialının təqdimatı keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR