Bank Of Baku

Bakı Turizm İnformasiya Mərkəzi ilə Fransa Turizm İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı Turizm İnformasiya Mərkəzi ilə Fransa Turizm İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
# 23 sentyabr 2011 10:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyinin Bakı Turizm İnformasiya Mərkəzi ilə Fransa Turizm İnstitutu arasında beynəlxalq əlaqələrin qurulması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. Turizm İnformasiya Mərkəzindən APA-ya verilən məlumata görə, imzalanma mərasimi Fransa şəhərində keçirilən ənənəvi Beynəlxalq Turizm “Top Reza 2011” sərgisi çərçivəsində baş tutub. Sözügedən müqavilə tərəflər arasında əməkdaşlığın qurulması, müvafiq perspektivlərlə Azərbaycanda turizmin inkişafı sahəsində lazımi proqramların və layihələrin hazırlanmasında Fransa Turizm İnstitutunun peşəkar təcrübəsindən istifadə etmək imkanını yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR