Bank Of Baku

Bu ilin səkkiz ayı ərzində Türkiyəyə 22 milyon turist gəlib

Bu ilin səkkiz ayı ərzində Türkiyəyə 22 milyon turist gəlib
# 23 sentyabr 2011 13:08 (UTC +04:00)
Bakı-APA. Bu ilin ilk səkkiz ayı ərzində Türkiyəyə 22 milyon turist gəlib. APA-nın məlumatına görə, Türkiyə Turizm Nazirliyinin açıqladığı statistikaya əsasən, bu il Türkiyəyə ən çox Almaniyadan turist gəlib. Ölkəyə gələn turistlərin 14,49 faizi, yaxud 3.144.722 nəfəri Almaniya vətəndaşlarıdır. Bu siyahıda ikinci yeri Rusiya tutur (12,28%). Yanvar-avqust aylarında Rusiyadan Türkiyəyə 2.666.066 turist gəlib. Türkiyənin turizm obyektləri İngiltərə vətəndaşları arasında da populyardır. Bu il Türkiyədə bu ölkədən 1.826.237 turist istirahət edib. Siyahıda sonrakı yerləri İran, Hollandiya, Bolqarıstan, Fransa, Gürcüstan, Suriya və İtaliya turistləri tutur. Avqust ayı ölkəyə turistlərin n çox gəldiyi ay olub. Ötən ay Türkiyəyə Almaniyadan 626.570, Rusiyadan 587.265, İngiltərədən 424.404 turist gəlib. Ramazan ayında Türkiyədə istirahət edən turistlər arasında İran, Hollandiya, İtalya, Fransa, Gürcüstan, Polşa və Suriya vətəndaşları üstünlük təşkil edib. Ümumilikdə ötən ilin avqust ayı ilə müqayisədə bu il Türkiyəyə gələn turistlərin sayı 9.62 faiz artaraq 4.080.000 nəfərə çatıb. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə bu ilin səkkiz ayı ərzində qardaş ölkəyə səfər edən turistlərin sayında 10,45 faiz artım qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR