Bank Of Baku

Ümumdünya Turizm Günü ilə əlaqədar bütün tarix-memarlıq qoruqlarında “açıq qapı” günü keçirilir

Ümumdünya Turizm Günü ilə əlaqədar bütün tarix-memarlıq qoruqlarında “açıq qapı” günü keçirilir
# 27 sentyabr 2011 09:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 27 sentyabr Ümumdünya Turizm Günüdür. Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyinə tabe olan bütün tarix-memarlıq qoruqlarında “Açıq qapı” günü keçirilir. Nazirlikdən APA-ya verilən məlumata görə, bir neçə qoruqda ədəbi-bədii proqramın keçirilməsi də planlaşdırılır.

Hacıqabul rayonu “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda Mədəniyyət və Turizm Nazirliyinin və Hacıqabul Rayon İcra Hakimiyyəti nümayəndələrinin, ziyalı və məktəblilərin iştirakı ilə ədəbi-musiqili tədbirin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR