Bank Of Baku

Dənizkənarı Milli Parkda əl sənətkarlığı nümunələri sərgisi keçirilir – FOTOSESSİYA

Dənizkənarı Milli Parkda əl sənətkarlığı nümunələri sərgisi keçirilir – <font color=red>FOTOSESSİYA </font>
# 27 sentyabr 2011 10:21 (UTC +04:00)
APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycanın 10-a yaxın regionun sənətkarlı nümunələri nümayişə çıxarılıb. Qız Qalasının qarşısında qurulan sərgi məkanının ziyarətçiləri üçün Azərbaycanın milli ornamentlərini özündə əks etdirən müxtəlif aksessuarlar, milli mətbəx nümunələri də təqdim olunur. Ziyarətçiləri milli geyimli gənclər qarşılayır. Milli Parkda qurulan ekranda isə Azərbaycan mədəniyyət və incəsənətini nümayiş etdirən müxtəlif videolar nümayiş etdirilir. Onlar arasında tanınmış fransız aktyoru Jerar Depardyenin çəkildiyi və Azərbaycan mətbəxinə həsr olunmuş reklam çarxı da var. Bu reklam çarxında Jerar Depardyeylə bərabər azərbaycanlı aktyor Elşən Rüstəmov da çəkilib. Reklam Azərbaycan mətbəxinin dünyaya tanıdılması üçün hazırlanıb və ingilis dilindədir.

Sərgidə eyni zamanda aksessuarların satışı da həyata keçirilir. Sərgidə Qarabağ, Bakı, Naxçıvan, İsmayıllı, Şəki, Gəncə və digər bölgələrin sənətkarlıq nümunələri nümayiş olunur.

“Ziya art” salonun direktoru və tədbiri təşkilatçısı Şəhla Dünyamalıyevanın APA-ya verdiyi məlumata görə, sərgi axşam saatlarına kimi davam edəcək: “Burada bir gün səhər saatlarından axşam 7-yə kimi Azərbaycanın milli sənət nümunələrini göstərməyə çalışacağıq. Burada ölkəmizin müxtəlif bölgələrindən olan sənətkarlar iştirak edirlər. Onlar öz əl işlərini burada nümayiş etdirməklə yanaşı, əsərlərinin burada istehsalını da göstərəcəklər. Axşama kimi milli musiqi, milli rəqs ifalarımız olacaq. Çox arzulayırıq ki, turistlərlə yanaşı, bizim azərbaycanlı gənclər bunları görsünlər”.

Sərgidə eyni zamanda Səbinə Dünyamalıyevanın tarixi əsaslar əsasında hazırlanmış geyim kolleksiyası da nümayişə çıxarılıb.

Ş. Dünyamalıyeva Azərbaycanın milli mədəniyyətini, sənətkarlığını əks edən bu cür sərgilərin vaxtaşırı xarici ölkələrdə təşkilinin də vacibliyini vurğulayıb.

Qeyd edək ki, “Dənizkənarı milli parkda əl sənətkarlığı nümunələri sərgisi” bu gün saat 19:00-a kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR