Bank Of Baku

BƏƏ-də Azərbaycana aid iki bələdçi kitab nəşr edilib

BƏƏ-də Azərbaycana aid iki bələdçi kitab nəşr edilib
# 28 sentyabr 2011 13:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA-Economics. Birləşmiş Ərəb Əmirliklərinin “Explorer Publishing & Distribution” nəşriyyatında “Azerbaijan-Live Work Explore” və “Baku Mini Visitors’ Guide” adlı bələdçi kitabları nəşr edilib.

Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, layihənin həyata keçirilməsi üçün dünyanın müxtəlif nəşriyyat evlərinə göndərilən müraciətlərə ilk olaraq müsbət cavab verən nəşriyyatlardan biri məhz “Explorer Publishing & Distribution” nəşriyyatı olduğu bildirilib. Başlanan işin davamı olaraq ərəb dilində “Baku Mini Visitors’ Guide” kitabının hazırlanması üçün “Explorer Publishing & Distribution” nəşriyyatı ilə müzakirələr aparılacaq.

Layihə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və bir sıra xarici nəşriyyat evlərinin iştirakı ilə “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində həyata keçirilməkdədir. Layihə çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiyanın “Vokruq sveta”, Fransanın “Mondeos”, Birləşmiş Krallığın “Bravo Ltd” və “Filmer Limited” nəşriyyatları tərəfindən Azərbaycanı təbliğ edən bələdçi kitablar hazırlanıb və müxtəlif ölkələrdə satışa çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR