Bank Of Baku

Gələn il Azərbaycan paytaxtında “Fairmont” hoteli istifadəyə veriləcək

Gələn il Azərbaycan paytaxtında “Fairmont” hoteli istifadəyə veriləcək
# 28 sentyabr 2011 15:44 (UTC +04:00)
Bu barədə “APA-Economics”in sualını cavablandıran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Nazir “Hilton” hotelində aparılan son tamamlama işləri ilə tanış olduğunu vurğulayıb: “Hesab edirəm ki, Azərbaycanda yeni, müasir və çox dəyərli bir mehmanxanamız istifadəyə veriləcək. Oktyabrın ilk yarısında artıq bu hotelin açılışını keçirməyi nəzərdə tuturuq”. Ə.Qarayev Hilton ailəsindən sözügedən hotelin açılışına kiminsə gələcəyindən xəbərsiz olduğunu qeyd edib.

Nazir qeyd edib ki, Bakıda inşa olunan məşhur “Fairmont” hotelinin də tikintisi çox sürətlə aparılır: “Biz ilin sonuna qədər üç hotelin açılışını təşkil edəcəyik. “Fairmont” hotelinin 2012-ci ilin fevral-mart ayı üçün açılmasında heç bir problem görmürəm. Bu hotellər açıldığı gündən fəaliyyətə başlayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR