Bank Of Baku

Gədəbəydə turizmin inkişaf perspektivləri mövzusunda seminar keçirilib

Gədəbəydə turizmin inkişaf perspektivləri mövzusunda seminar keçirilib
# 30 sentyabr 2011 15:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin (İİN), Gədəbəy Rayon İcra Hakimiyyətinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gədəbəydə «Gədəbəy rayonunda turizmin inkişaf perspektivləri» mövzusunda seminar keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, seminarda İİN-in, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin, Gədəbəy Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları, həmçinin turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Tədbirdə turizm obyektlərində xidmətlərin beynəlxalq standartlara uyğun təşkili üçün kadr¬ların peşə hazırlığının artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, tanınmış turizm şirkətləri ilə təcrübə mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunub.

Tədbirdə həmçinin turistlərin qarşılanmasının, yerləşdirilməsinin, qidalanmasının, gəzintilərin, əyləncələrin və digər xidmətlərin müasir tələblərə uyğun təşkili, kənd turizminin formalaşdırılması, turizm obyektlərində marketinq fəaliyyətinin təşkili və s. barədə ətraflı məlumat verilib, bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində təkliflər səsləndirilib.

Seminar çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR