Bank Of Baku

Azərbaycanda Fransa kurortlarının təqdimatı keçirilib

Azərbaycanda Fransa kurortlarının təqdimatı keçirilib
# 10 oktyabr 2011 12:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda «Atout France» turizm agentliyinin Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri üçün Fransa kurortlarının təqdimatı keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən «Atout France» agentliyinin Rusiya nümayəndəliyinin kommersiya məsələləri üzrə meneceri xanım Anastasiya Kurçevskaya Agentliyin fəaliyyəti haqqında ətraflı məlumat verərək qeyd edib ki, 1987-ci ildən fəaliyyət göstərən «Atout France»ın hazırda 29 ölkədə 35 ofisi mövcuddur: «Bir çox ölkədə nümayəndəliyi olan Agentliyin 2002-ci ildə Moskvada da Rusiya nümayəndəliyi açılıb ki, nümayəndəlik Ukrayna və MDB ölkələrini əhatə edir».

A.Kurçevskaya onu da bildirib ki, bir çox turistlər Fransa kurortlarının həddən arıq bahalı olduğunu düşünür: «Əlbəttə, Fransanın bahalı kurortları çoxdur. Onlardan Kurşevel, San Bartelemi, Qrenobl, Şamberi və s. adını çəkmək olar. Lakin elə həmin kurortlarda münasib qiymətlərə hotel və xidmətlərdən istifadə etmək mümkündür. Azərbaycan turistləri üçün əlverişli məqamın biri odur ki, Bakı-Paris marşrutu üzrə birbaşa sərnişin aviareysi mövcuddur».

Bundan başqa, tədbirdə Fransada fəaliyyət göstərən turizm şirkətləri, hotellər, istirahət zonaları və dağ-xizək kurortlarının nümayəndələri geniş təqdimatla çıxış edərək öz təkliflərini nümayiş ediblər.

Qeyd edək ki, «Atout France» Fransanın aparıcı turizm şirkətləri ilə MDB ölkələri və Ukraynada fəaliyyət göstərən turizm şirkətləri ilə işçi görüşlərini təşkil edərək onlar arasında əlaqə yaradır. Bu ay ərzində «Atout France»ın Rusiya nümayəndəliyi analoji təqdimatları Kiyev, Yekaterinburq və Moskva şəhərlərində təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR