Bank Of Baku

Qazaxda turizmin inkişaf perspektivləri mövzusunda dəyirmi masa keçirilib

Qazaxda turizmin inkişaf perspektivləri mövzusunda dəyirmi masa keçirilib
# 11 oktyabr 2011 12:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda «Qazax rayonunda turizmin inkişaf perspektivləri» mövzusunda dəyirmi masa keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin, Qazax Rayon Mədəniyyət və Turizm şöbəsinin, «Avey» dövlət qoruğunun əməkdaşları, həmçinin turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Tədbirdə turizm obyektlərində xidmətlərin beynəlxalq standartlara uyğun təşkili üçün kadr¬ların peşə hazırlığının artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, tanınmış turizm şirkətləri ilə təcrübə mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunub, xidmətlərin müasir tələblərə uyğun təşkili, kənd turizminin formalaşdırılması və s. barədə ətraflı məlumat verilib, bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində təkliflər səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR