Bank Of Baku

Belçika Senatının fəxri sədri Anne-Marie Lizin Azərbaycan Turizm İnstitutunda olub – FOTO

Belçika Senatının fəxri sədri Anne-Marie Lizin Azərbaycan Turizm İnstitutunda olub – <font color=red>FOTO  </font>
# 12 oktyabr 2011 13:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Bakı Beynəlxalq Humanitar Forumun iştirakçılarından Belçika Senatının fəxri sədri, Sorbon Universitetinin professoru xanım Anne-Marie Lizin və Grey Matter İnternational LTd-nin prezidenti Salah Brahimi Azərbaycan Turizm İnstitutunun qonağı olublar. APA-nın məlumatına görə, ATİ-nin rektoru professor Cəfər Cəfərov qonaqlara institutun yaranma tarixi, fəaliyyəti, beynəlxalq təşkilatlarla əlaqələri barədə ətraflı məlumat verib.
Xanım Anna-Marie Lizin Heydər Əliyev Fondunun dəstəyi ilə Fransada mədəni tədbirlərin keçirilməsi, Azərbaycan həqiqətlərinin Fransa və Belçika ictimaiyyətinə obyektiv çatdırılması istiqamətindəki fəaliyyətini gələcəkdə də həyata keçirəcəyini məmnunluqla bildirib. Qonaqlar Beynəlxalq Humanitar Forumun çərçivəsində Quba şəhərində aşkar edilmiş soyqırımı qurbanlarının kütləvi məzarlığını ziyarət etdiklərini, erməni vəhşiliyinin Fransa xalqına çatdırılmasında üzərinə düşən vəzifəni yerinə yetirəcəklərini bildiriblər. Təhsil sahəsindəki uğurlardan məmnun qalan qonaq ATİ ilə Sorbonn Universiteti arasında ikitərəfli əlaqələrin yaranmasında maraqlı olduğunu söyləyib. Elə bu səbəbdən də turizm sahəsində ATİ ilə Sorbonn Universiteti arasında ikitərəfli əlaqələri ehtiva edən layihələrin gerçəkləşməsi, Fransada Azərbaycanın turizm potensialı ilə daha çox maarifləndirmə işlərinin aparılması sahəsində razılıq əldə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR