Bank Of Baku

Azərbaycanda fəaliyyət göstərən hotellərin gəlirləri 4%, xərcləri isə 7% artıb

Azərbaycanda fəaliyyət göstərən hotellərin gəlirləri 4%, xərcləri isə 7% artıb
# 21 oktyabr 2011 14:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin ilk yarısında Azərbaycanda 504 mehmanxana və mehmanxana tipli müəssisə xidmət göstərib ki, onların 6,7%-i dövlət, 93,3%-i isə qeyri-dövlət müəssisələri olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu müəssisələrdəki nömrələrin (otaqların) sayı 14 448 vahid, birdəfəlik tutum isə 31 578 çarpayı-yer olub, nömrələrin 17,3%-ni lüks, 40,2%-ni birinci dərəcəli, 42,5%-ni turist dərəcəli nömrələr təşkil edib.

Bu dövrdə mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 min nəfər və ya 2,4% artaraq 199,9 min nəfər olub ki, onların 94,2 min nəfəri (47,1%) Azərbaycan, 105,7 min nəfəri (52,9%) xarici ölkə vətəndaşları olub.

2011-ci ilin altı ayı ərzində mehmanxana və mehmanxana tipli müəssisələrdə 105 729 nəfər xarici ölkə vətəndaşı yerləşdirilib. Onların 19,3%-i Türkiyə, 11,1%-i Rusiya, 11%-i Böyük Britaniya, 9,1%-i İran, 6%-i Gürcüstan, 4%-i ABŞ, 4%-i Almaniya, 2,3%-i Ukrayna, 2%-i Çin, 2%-i Fransa, 1,7%-i İtaliya, 1,3%-i Qazaxıstan və 26,2%-i digər ölkələrin vətəndaşları olub: «Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu müəssisələrdə yerləşdirilmiş Fransa vətəndaşlarının sayı 78%, Almaniya vətəndaşlarının sayı 49,7%, Qazaxıstan vətəndaşlarının sayı 30,3%, Böyük Britaniya vətəndaşlarının sayı 25,8%, İran vətəndaşlarının sayı 14,1%, Rusiya vətəndaşlarının sayı isə 10,2% artıb».

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə mehmanxana və mehmanxana tipli müəssisələrin əldə etdiyi gəlir 3,7% artaraq 50,3 mln. manat olub ki, gəlirlərin 32,5 mln. manatı (64,6%) nömrələrin təqdim edilməsindən, 10,6 mln. manatı (21,1%) içkilər də daxil edilməklə qida məhsullarının satışından, 3,4 mln. manatı (6,8%) müalicə-sağlamlıq xarakterli xidmətlərdən, 3,8 mln. manatı (7,5%) isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Müəssisələrin xərcləri 2,2 mln. manat (7,4%) artaraq 31,4 mln. manat təşkil edib. Xərclərin 6,2 mln. manatını (19,7%) material xərcləri, 2,6 mln. manatını (8,3%) əsas fondların amortizasiyası, 8,9 mln. manatını (28,4%) əmək haqqı xərcləri, 1,3 mln. manatını (4,1%) bütün sığortalar üzrə sosial ayırmalar, 12,4 mln. manatını (39,5%) sair xərclər təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR