Bank Of Baku

Turizm İnstitutunda doktoranturaya qəbul başa çatıb

Turizm İnstitutunda doktoranturaya qəbul başa çatıb
# 26 oktyabr 2011 09:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Turizm İnstitutunda ilk dəfə olaraq fəlsəfə doktoru adı almaq üçün dissertanturaya sənəd verən namizədlərin imtahanla seçimi başa çatıb. Turizm İnstitutundan APA-ya verilən məlumata görə, qəbul zamanı ixtisas uyğunluğu, xarici dil bilmə qabiliyyəti, namizədlərin fəaliyyətinə müvafiq apardığı tədqiqatları şərtləndirən elmi məqalələrin, eləcə də çıxış üçün təqdim olunmuş materialların dərci, müxtəlif konfranslarda iştirakı, elmi pedaqoji fəaliyyəti əsas göstəricilər hesab olunub. ATİ-yə doktorantura proqramı üzrə sənəd verən namizədlərdən 9 nəfəri əyani və qiyabi şöbəyə, 7 nəfəri isə dissertanturaya qəbul olunub. Bununla da ATİ-də doktoranturaya qəbul yekunlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR