Bank Of Baku

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 26% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 26% artıb
# 26 oktyabr 2011 10:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA-Economics. 2011-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə gedən turist sayı açıqlanıb.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan aylar ərzində Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 453 957 nəfər olub ki, bu da 2010-cu ilin analoji dövrü ilə müqayisədə 25,81% (+93 121 nəfər) artım deməkdir. Ötən ilin 9 ayında Türkiyəyə gedən azərbaycanlı turistlərin sayı 360 836 nəfər təşkil edib.

Aylar üzrə müqayisədə ən çox artım bu ilin yanvar (54,31%), mart (68,28%) və aprel (50,56%) aylarında qeydə alınıb. Bu da ilk növbədə uzun müddətli Yeni il və Novruz bayramı tətilləri və 18 mart - 26 aprel 2011-ci il tarixlərində İstanbulda düzənlənən “İstanbul Alış-Veriş Festivalı” ilə əlaqədar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR