“SW Travel” və AZAL avropalı turoperatorlar üçün infotur təşkil edib - FOTO
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın turizm həyatında ilk dəfə baş tutan bu turda 7 nəfərdən ibarət Şotlandiya və Norveçin ən böyük turizm agentliklərinin rəhbərləri və menecerləri üç gün ərzində Bakı və Abşeronun turizm əhəmiyyətli yerlərində olublar.
Aberdin nümayəndə heyətinin üzvü Keyt Dofti (“Marine@Corporate Travel” şirkəti) ölkəmizə səyahət zamanı təəccübünü gizlətməyib: “Əvvəllər Azərbaycan dedikdə, təsəvvürümdə yalnız neft canlanırdı. Bakıda olduğum günlərdə şahidi oldum ki, bura tarixi yerlərlə zəngin, gözəl infrastrukturu olan, Şərqlə Qərbin unikal vəhdətini təşkil edən bir diyardır. Qobustan qayalarındakı rəsmlər, Yanardağ, Atəşgah, İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası və bir çox başqa tikililər məni bir anlıq uzaq keçmişə apardı”.
“QA Travel Group”u təmsil edən Endryu Youmans Azərbaycanda yay turizmi üçün münbit şəraitin olduğunu vurğulayıb: “Əminəm ki, Xəzər sahilindəki istirahət zonaları, həmçinin müasir hotellər turistlərin sevimli məkanına çevriləcək”.
Keyt Dofti Azərbaycan mətbəxinə heyranlığından da danışıb: “Bakıdakı restoranlarda bir çox ölkələrin mətbəxi ilə tanış olduq. Onlar arasında yerli kulinariya xüsusilə diqqətimi cəlb etdi. Azərbaycan plovuna məftun oldum. Hətta onun hazırlanma reseptini aşpazların birindən xahiş etdim. Vətənə qayıdandan sonra mütləq bu reseptin əsasında plovu özüm hazırlayacağam”.
Turizm üzrə ekspert Kamran Qədirovun fikrincə, bu infoturun Azərbaycan və Şotlandiya turizm əlaqələrinin möhkəmlənməsində özünəməxsus rolu olacaq: “Azərbaycan bir çox ölkələr üçün açılmamış bir xəzinədir. Bu cür infoturların təşkili ölkəmizin dünyaya tanıdılmasında mühüm rol oynayır. “Azərbaycan Hava Yolları”nın Aberdinə birbaşa reyslər həyata keçirməsini də nəzərə alsaq, bu infoturun sayəsində Şotlandiyadan Azərbaycana olan turist axınının artacağını düşünürəm”.
K.Qədirovun fikirlərini Norveçdən olan turizm üzrə məsləhətçi Anniken Martines tamamlayıb: “Bakının turistləri qəbul etmək baxımdan hazırlığını Avropanın ən görkəmli şəhərləri, məsələn, Paris və ya Roma ilə eyni səviyyəyə qoymaq olar. Bu gün turistlər yeni marşrutlar axtarışındadırlar. Düşünürəm ki, yaxın gələcəkdə sadaladığım şəhərlərə alternativ olaraq, Bakını da təqdim edəcək və paytaxtınıza yeni turist axınının təşkilinə dəstək ola biləcəyik”.
Turizm
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Nazir: Azərbaycan Almaniya ilə müntəzəm uçuşların intensivliyinin artırılmasında maraqlıdır
Ötən ay “Xocəsən” və “Avtovağzal” stansiyalarından istifadə edənlərin sayı 64% artıb
Xüsusi nümayəndə: Ağdamdakı "İmarət" Kompleksi artıq turizm məkanına çevrilir
Xəbər Lenti
Pezeşkian Xameneinin məzarı önündə ağlayıb - VİDEO
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
Şirvan sakininin əlində ov tüfənginin patronu partlayıb
Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür
ABŞ-da kiberdələduzluq qurbanlarına 9 ay ərzində 8 milyard dollar qaytarılıb
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
Azərbaycan XİN helikopter qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib
Ermənistan XİN: TRIPP layihəsi çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlanacaq
Yardımlıda məktəbdən evə qayıtmayan ikinci sinif şagirdinin meyiti tapılıb
Zelenski: Donbasdan geri çəkilmək müharibəni uduzmaq deməkdir
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Balakəndə qardaş qardaşı bıçaqlayıb
Qubada avtomobili ilə 60 yaşlı qadını vuraraq öldürən sürücü tapılıb - YENİLƏNİB
Türkiyədə helikopter qəzaya uğrayıb, 5 hərbçi şəhid olub - YENİLƏNİB
İsrail müdafiə naziri: İran kimyəvi silah hazırlayır, ABŞ-la birlikdə hücuma hazırlaşırıq
AK Partiya sədrinin müavini Hayati Yazıcı partiyadakı bütün vəzifələrindən istefa verib
Putin Rusiyada benzinin qiymətinin sabitləşdiyini açıqlayıb
Lukaşenko Zelenski ilə birlikdə Rusiyaya danışıqlara getməyə hazır olduğunu bildirib
Putin: Rusiya yanacağının tədarükünü məhdudlaşdırmaq cəhdləri avropalıların özlərinə təsir edəcək
ABŞ-da İran rəhbərliyinin yüksək vəzifəli nümayəndələrinin öldürülməsi müzakirə olunur
Aİ Komissiyası 13 ölkəyə büdcə xəbərdarlığı edib
Pezeşkian: ABŞ ilə danışıqlar aparırıq, lakin təslim olmayacağıq
Nərimanov rayonunda yerləşən tam orta məktəbdə şagirdlər arasında insident baş verib
Ermənistan və Səudiyyə Ərəbistanı arasında ilk siyasi məsləhətləşmələr keçiririlib
Hans-Diter Flik: “Sabah” La Liqa komandası səviyyəsindədir”
Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib
BDYPİ küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Bəzi ərazilərdə külək güclənir - FAKTİKİ HAVA
Musa Quliyev: Şəkərli diabet xəstələrinin dövlət təminatı genişləndirilir
İranda alkoqollu içkilərdən zəhərlənmədən 20 nəfər ölüb
Ceyhun Bayramov: Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir
"Buker" uşaq ədəbiyyatı üçün mükafat təsis edib, qısa siyahı açıqlanıb
XİN rəhbəri: Azərbaycan TRIPP-lə bağlı mütəmadi məlumatlandırılıb, layihənin qısa müddətə başa çatmasını arzulayırıq
Rəsmi Tbilisi: Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir
Nazir: Azərbaycan və Gürcüstanın təşəbbüsü ilə həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verir
Boçorişvili: Azərbaycan-Gürcüstan əməkdaşlığı Avropanın təhlükəsizliyi kontekstində çox mühümdür
DGK: Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina edib - VİDEO
Maka Boçorişvili: Gürcüstan və Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əməl edir
İlin ilk Super Ayı görünür
Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafından məmnundur
Hikmət Çətin vəfat edib
Maka Boçorişvili: 2026-cı il Azərbaycan-Gürcüstan münasibətləri baxımından mühüm il olub
CAS Seneqalı Afrika çempionu elan edib
Ceyhun Bayramov gürcü həmkarı ilə Qara dəniz ətrafında vəziyyəti müzakirə edib
Gürcüstan XİN rəhbəri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb
Ceyhun Bayramov Gürcüstana təşəkkür edib
XİN rəhbəri Bakı–Tbilisi qatarının yenidən bərpa olunmasının əhəmiyyətini vurğulayıb
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB
Nazir: Orta Dəhlizlə daşınan yüklərin həcmi hər il artır
"Ankara məktəbi" məktəb-liseyinə yeni direktor təyin olunub