Bank Of Baku

Azərbaycan nümayəndəsi Ümumdünya Turizm Təşkilatında çalışacaq

Azərbaycan nümayəndəsi Ümumdünya Turizm Təşkilatında çalışacaq
# 15 noyabr 2011 12:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan nümayəndəsi iki il müddətində Ümumdünya Turizm Təşkilatında (ÜTT) çalışacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu şəraitin ÜTT rəhbərliyi tərəfindən məhz Azərbaycana yaradıldığını vurğulayıb. O bildirib ki, bu layihənin maliyyələşdirilməsini Azərbaycan tərəfi öz üzərinə götürəcək: “Bu imkan yalnız nəhəng turizm bazarları olan ölkələrə verilir. Çin, Fransa, İndoneziya kimi ölkələr bu imkandan istifadə edirlər. Azərbaycanda “Turizm ili”nin elan olunmasını, son illərdə turizm sahəsində əldə etdiyimiz nailiyyətləri nəzərə alan Ümumdünya Turizm Təşkilatı bizə böyük güzəşt edir və dəstək verir”.

Ə. Qarayev qeyd edib ki, noyabrın 22-də Azərbaycanda turizm statistikasına həsr olunmuş xüsusi regional seminar başlayacaq və həmin tədbirdə Ümumdünya Turizm Təşkilatının mütəxəssislərinin iştirakı da nəzərdə tutulub: “Biz bu seminarda onların iştirakını gözləyirik və düşünürəm ki, bu, çox lazımlı bir addım olacaq. Azərbaycan iki il müddətində Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının sədr müavini vəzifəsinə seçildi. Bu, çox vacib və mötəbər vəzifədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR