Bank Of Baku

Azərbaycan prezidenti Ümumdünya Turizm Təşkilatının baş katibini qəbul edib

Azərbaycan prezidenti Ümumdünya Turizm Təşkilatının baş katibini qəbul edib
# 15 noyabr 2011 14:42 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 15-də Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini qəbul edib. APA-nın məlumatına görə, T. Rifai BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının Koreyada keçirilən iclasında Azərbaycanın Avropa regionu üzrə təşkilatın vitse-prezidenti seçilməsinin önəmini qeyd edib.

O, Azərbaycanın Ümumdünya Turizm Təşkilatının “Qızıl kitab” hərəkatına qoşulması barədə təşkilatın dəvət məktubunu dövlət başçısı İ. Əliyevə təqdim edib.

Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan olunduğunu vurğulayan prezident İlham Əliyev turizm sektorunun dövlətin əsas prioritet sahələrindən biri olduğunu qeyd edib.

Dövlət başçısı gözəl təbiətə və müxtəlif iqlim qurşağına malik olan Azərbaycanda ən müasir və cəlbedici turizm infrastrukturunun yaradılması üçün səylərin
daha da artırılacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR