Bank Of Baku

Ümumdünya Turizm Təşkilatının baş katibi ermənilərin Dağlıq Qarabağda Azərbaycanın mədəni və tarixi abidələri məhv etməsinə münasibət bildirib

Ümumdünya Turizm Təşkilatının baş katibi ermənilərin Dağlıq Qarabağda Azərbaycanın mədəni və tarixi abidələri məhv etməsinə münasibət bildirib
# 16 noyabr 2011 10:16 (UTC +04:00)
Hesab edirik ki, hansısa ölkədə mədəni və tarixi abidə həmin ölkəyə, xalqa məxsus deyil. O, bütün ümumbəşəri bir dəyərdir və onları qorumaq hər birimizin borcudur”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai erməni işğalı altında olan Dağlıq Qarabağda Azərbaycanın mədəni və tarixi abidələrin məhv edilməsinə münasibət bildirərkən deyib. Azərbaycanda ilk dəfə olan qonaq atdıqları addımlarda bu məsələlərə diqqət etdiklərini açıqlayıb.

Dağlıq Qarabağa səfər edib-etməyəcəyinə gəlincə, ÜTT rəhbəri tezliklə problemin həll olunacağına ümid etdiyini deyib: “Ümid edirik ki, tez bir zamanda bu problem həllini tapacaq. Bu problemin həll olunması yolunda lazım olan hər şeyi paylaşırıq. İstərdik ki, bu problem hər bir tərəfin maraqlarına uyğun olaraq həllini tapacaq. Sözsüz ki, Dağlıq Qarabağa getmək istəyirik, amma bunu hələ özüm üçün dəqiqləşdirməmişəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR