Bank Of Baku

Azərbaycanın nəqliyyat naziri Ümumdünya Turizm Təşkilatının baş katibi ilə görüşüb

Azərbaycanın nəqliyyat naziri Ümumdünya Turizm Təşkilatının baş katibi ilə görüşüb
# 16 noyabr 2011 11:08 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın turizm potensialı və nəqliyyat sektorunda həyata keçirilən layihələr nəqliyyat naziri Ziya Məmmədovla Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb D.Rifainin başçılıq etdiyi nümayəndə heyətinin Bakıda keçirilən görüşündə müzakirə olunub.

«APA-Economics»in məlumatına görə, görüşdə dünyada turizm sənayesinin inkişafı və əlverişli coğrafi məkanda yerləşən Azərbaycanın turizm potensialından danışılıb. ÜTT-nin rəhbəri hava və avtomobil nəqliyyatı ilə bağlı məsələləri xüsusi vurğulayıb. Ölkədə turizm sektoru sahəsində görülən işlərdən danışan Z.Məmmədov Şimal, Cənub və Qərb istiqamətlərində magistral avtomobil yollarının beynəlxalq standartlara uyğun yenidən qurulduğunu bildirib. Eləcə də, nazir Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı intensiv işlərin aparıldığını və Asiya ilə Avropanı birləşdirən bu xəttin Azərbaycanda turizmin inkişafına güclü təkan verəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR