Bank Of Baku

Ümumdünya Turizm Təşkilatının baş katibi Dövlət Miqrasiya Xidmətində olub

Ümumdünya Turizm Təşkilatının baş katibi Dövlət Miqrasiya Xidmətində olub
# 16 noyabr 2011 16:01 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət Miqrasiya Xidmətindən APA-ya verilən məlumata görə, Xidmət rəisi Arzu Rəhimov qonaqları səmimi salamlayaraq Azərbaycanda miqrasiya prosesləri və bu proseslərə dövlət nəzarətini həyata keçirən qurumun - Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi barədə məlumat verib, Xidmətin yaradılmasında zərurət təşkil edən amilləri nəzərə çatdırıb.

Taleb Rifai səmimi qəbula görə Xidmət rəisinə minnətdarlığını bildirib. Azərbaycan prezidenti İlham Əliyevlə görüşünü xoş hisslərlə xatırladan baş katib Azərbaycanda turizm sektorunun dövlətin əsas prioritet sahələrindən biri olmaqla gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. Taleb Rifai miqrasiya ilə turizm sahələrinin sıx əlaqədə olduğunu vurğulayıb, Azərbaycanda miqrasiya sahəsində dövlət səlahiyyətlərini yerinə yetirən müstəqil qurumun olmasından məmnunluq duyduğunu qeyd edib.

Görüşdən sonra qonaqlar Xidmətin Heydər Əliyev muzeyi və kitabxana ilə tanış olublar. Baş katib Taleb Rifai “Xatirə Kitabı”na ürək sözlərini yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR