Bank Of Baku

Azərbaycan Turizm İnstitutunun əməkdaşı Koreya Fondunun təşkil etdiyi tədbirdə iştirak edib - FOTO

Azərbaycan Turizm İnstitutunun əməkdaşı Koreya Fondunun təşkil etdiyi tədbirdə iştirak edib - <font color=red>FOTO</font>
# 17 noyabr 2011 11:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Cənubi Koreyada Koreya Fondunun təşkilatçılığı ilə MDB ölkə təmsilçilərinin qatıldığı “Gələcək nəsil liderləri” proqramı çərçivəsində tədbir keçirilib. Azərbaycan Turizm İnstitutundan APA-ya verilən məlumata görə, Koreya Fondunun təşkilatçılığı ilə gerçəkləşən növbəti yığıncaqda Azərbaycan Turizm İnstitutunun baş müəllimi Sevil Kərimova da iştirak edib. O bildirib ki, tədbirin təşkilində başlıca məqsəd MDB məkanından dəvət olunan iştirakçıları Koreya mədəniyyəti və iqtisadi sahədə qazanılan uğurlarla tanış etmək olub: “Koreyaya səfər müddətində bu ölkənin nüfuzlu universitetlərində, müxtəlif ali məktəblərində, nazirliklərdə, məşhur sənaye mərkəzlərində olduq. Eləcə də ölkənin qədim tarix və mədəniyyət abidələrini ziyarət etdik. Budəfəki səfər Koreyanı daha yaxından tanımaqla yanaşı, dostluq-əməkdaşlıq sahəsində əlaqələrin sonrakı inkişafında faydalı addım ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR