Bank Of Baku

Azərbaycanda turizm sektorunda çalışan mütəxəssislər üçün növbəti təlim-tədris kursları keçirilir

Azərbaycanda turizm sektorunda çalışan mütəxəssislər üçün növbəti təlim-tədris kursları keçirilir
# 21 noyabr 2011 15:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA-Economics. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi TİKA (Türkiyə İşbirliyi və Koordinasiya Agentliyi) və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə mütəmadi olaraq respublikamızın turizm sektorunda çalışan mütəxəssislər üçün yemək-içmək servisi və mehmanxana xidməti üzrə təlim-tədris kursları təşkil edir.

Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, kursların uğurlu nəticələr verdiyini və növbəti ilin may ayında “Eurovision-2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçiriləcəyini nəzərə alaraq, bu gündən etibarən 5 günlük növbəti təlim-tədris kursları keçiriləcək.

Son illər daxili turizm bazarının daha da genişlənməsi və tələbatın artması respublika ərazisində turizm infrastrukturunun güclənməsinə gətirib çıxarıb. Buna baxmayaraq, bu müəssisələrdə çalışanların, əsasən də masa xidmətçiləri, qeyd-qəbul, idarəçilik və xadiməçilik sahələrində xidmət səviyyəsinin artırılmasına ehtiyac var.

Təlim-tədris kurslarında əsasən mehmanxana idarəçiləri, qeyd-qəbul, masa xidməti, xadiməçilik üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edəcək.
Kurslar Azərbaycan Turizm İnstitutunda təşkil olunacaq və noyabrın 25-də kurslarda iştirak edən dinləyicilərə sertifikatların verilməsi ilə başa çatacaq.

Təlim-tədris kursları ölkə başçısının Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planını xüsusi bəndinə əsasən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR