Bank Of Baku

Əbülfəs Qarayev 14 bələdçiyə sertifikat təqdim edib - FOTO

Əbülfəs Qarayev 14 bələdçiyə sertifikat təqdim edib - <font color=red>FOTO</font>
# 22 noyabr 2011 10:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Azərbaycan Turizm İnstitutunda (ATİ) bələdçi kurslarının müdavimlərinə sertifikatlar təqdim edib və birinci kurs tələbələri ilə görüşüb. APA-nın xəbərinə görə, ATİ-nin rektoru, professor Cəfər Cəfərov bildirib ki, institutun Təlim Mərkəzinin nəzdində turizmlə bağlı bir sıra kurslar fəaliyyət göstərir və bunlardan biri də bələdçilik kursudur: “Bələdçilik kursu öz fəaliyyətinə 2011-ci ilin fevralından başlayıb və may ayında başa çatıb.
Kursda iştirak etmək üçün müraciət edərək qeydiyyatdan keçmiş namizədlər kursa başlamadan öncə aparılan dil imtahanının nəticəsi məqbul olduğu halda kursda iştirak şansını qazanır. Əks təqdirdə kurs iştirakçıları sırasına daxil edilmir. Kurs nəzəriyyə və praktika olmaqla iki proqram əsasında fəaliyyət göstərir. Nəzəri hissə 120 saat olmaqla 13 fənn üzrə tədris olunub. Dərslər həftədə 5 gün 2 saat verilən proqram əsasında keçirilib. Praktik hissədə isə 4 gün ərzində Əlixan Mürvətovun rəhbərliyi ilə turlar keçirilib”.

C. Cəfərov qeyd edib ki, ilk kursda 16 nəfər iştirak edib. Onlardan hər biri kursu dinləyici kimi müvəffəqiyyətlə bitirib. Ancaq bəzi şəxsi səbəblərdən imtahanda 14 nəfər iştirak edib və onlar imtahanı uğurla veriblər. İmtahan 1 test, 2 şifahi və 3 ekskursiya olmaqla 3 mərhələdə keçirilib.

Hazırda bələdçilik kursu fəaliyyətini davam etdirir. Dinləyicilərin sayı 7 nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR