Bank Of Baku

Bakıda Ümumdünya Turizm Təşkilatının seminarı keçirilib

Bakıda Ümumdünya Turizm Təşkilatının seminarı keçirilib
# 22 noyabr 2011 11:18 (UTC +04:00)
Bakı. Azər Mustafayev - APA-Economics. Bu gün Bakıda Ümumdünya Turizm Təşkilatının “Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması” proqramı çərçivəsində birinci seminarı keçirilib.

APA-Economics”in məlumatına görə, tədbirdə Ümumdünya Turizm Təşkilatına (ÜTT) üzv olan Gürcüstan, Moldova, Qazaxıstan, Rusiya, Tacikistan, Ukrayna və Özbəkistanın rəsmi turizm və statistika üzrə qurumlarının, həmçinin Mərkəzi Bankın nümayəndələri, ÜTT-nin məsul əməkdaşları və statistika sahəsində ekspertləri iştirak ediblər.

ÜTT Avropa Regional Proqramının sədr müavini Kordula Vohlmuther bildirib ki, bu tədbir keçmiş Sovet İttifaqı ölkələrinin turizm statistikasının öyrənilməsi üçün çox əhəmiyyətlidir: “Mən şadam ki, burada hər ölkədən ən azı üç nümayəndə iştirak edir. Bu, bizim həmin nümayəndələr vasitəsilə təmsil etdikləri ölkələrin turizm statistikasının öyrənilməsi işini asanlaşdıracaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR