Bank Of Baku

“Bakı Şəhər Turu” layihəsinin bir ilinin tamam olması ilə əlaqədar tədbir keçirilib

“Bakı Şəhər Turu” layihəsinin bir ilinin tamam olması ilə əlaqədar tədbir keçirilib
# 25 noyabr 2011 10:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün “Baku City Tour - Bakı Şəhər Turu” layihəsinin həyata keçirilməsinin bir ili tamam olur. APA-nın məlumatına görə, bununla əlaqədar olaraq “Bakı turu” keçirilir. Layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakı Turizm İnformasiya Mərkəzi “Millenium Turizm Konqres DMC” ilə birgə Azərbaycanın turizm potensialının və mədəni irsinin daha geniş təbliğ olunması və eyni zamanda gənc tur bələdçilərin professional səviyyəsinin daha da artırılması məqsədi ilə ötən ilin noyabr ayından reallaşdırılır.
“Millenium Turizm Konqresi DMC”-nin rəhbəri Ruslan Quliyev deyib ki, şəhər gəzintisi hər gün səhər saat 12.00-da “Azadlıq” meydanında başlayır və təqribən 5 saata yaxın bir zamanda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaxınlığında bitir. Ekskursiya eyni zamanda, rus, ingilis, fars və türk dillərində aparılır. Mütəmadi olaraq, bu layihəyə Azərbaycan Turizm İnstitutunun tələbələri də cəlb olunur. Layihədə Bakıda fəaliyyət göstərən mehmanxanalar, restoranlar, turizm şirkətləri, nəqliyyat qovşaqları (avtovağzal, dəniz limanı, hava limanı, dəmir yol vağzalı) xarici ölkə nümayəndəlik və şirkətləri aktiv iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR