Azərbaycan paytaxtında hotel işçiləri üçün “Eurovision-2012”yə hazırlıq kursları keçirilir - FOTOSESSİYA
APA-nın əməkdaşı paytaxtda fəaliyyət göstərən “Qafqaz Park” və Azərbaycan Turizm İnstitutunda noyabrın 21-dən etibarən 4 bölüm üzrə keçirilən kurslarda iştirak edib və maraqlı məlumatlar əldə edib. Məlum olub ki, əsasən mehmanxana idarəçiləri, qeyd-qəbul, masa xidməti, xadiməçilik üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edir. Bu istiqamətdə treninqlər paytaxtda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə yönəlib. “Eurovision-2012”yə hazırlıq məqsədi daşıyan kurslarda turizm sektorunda çalışan mütəxəssislər üçün yemək-içmək servisi və mehmanxana xidməti öyrədilir.
Türkiyədən xüsusi olaraq bunun üçün paytaxta gələn Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq bölümlər üzrə mütəxəssisləri Elif Özkan Yərci, Özləm Öyər Mərt, Abdi Dölek və Cezzim Özdemir təcrübələrini bölüşürlər. Elif Özkan Yərci hesab edir ki, paytaxt Bakı böyük masştablı yarışmaya hər sektorda hazır olmalıdır: “Qonaqlara düzgün xidmət, səviyyəli qarşılama və onları məmnun etmək artıq ölkə haqqında çox şey deməkdir. Bizim də məqsədimiz qardaş ölkə olan Azərbaycana bu yarışma öncəsi yardım etməkdir. 5 gün az müddət olsa da, biz təcrübələrimizi, biliklərimizi onlarla bölüşməyə çalışırıq”.
14 ildir bu işlə məşğul olan Özləm Öyər Mərt də paytaxtdakı hotellərdən bu kurslara cəlb olunanların səviyyəsindən razılığını ifadə edib. Azərbaycan Turizm İnstitutunda dərs deyən Abdi Dölek və Cezzim Özdemir Bakının hotellərindəki işçilərin səviyyəsinin yüksəlməsi yönündə əllərindən gələni etdiklərini vurğulayıblar.
Qeyd olunan kurslarda paytaxtda fəaliyyət göstərən hotellərdən seçilmiş işçi heyəti iştirak etmək hüququ qazanıb. Hər hoteldən iki işçi bu kurslara cəlb olunub. Ümumilikdə bu təlim-tədris kurslarında 40 hoteldən 100 işçi iştirak edib və bu gün həmin kurs iştirakçılarına xüsusi sertifikatlar təqdim olunacaq.
Kurslarda iştirak edən və paytaxtda fəaliyyət göstərən hoteldə restoran meneceri vəzifəsində çalışan Elçin Həbilov turizm hotelçiliyi ilə bağlı 6 ay Qarsda xüsusi kurs aldığını deyib: “Treninqlərə qatılmağımız nəinki “Eurovision”da Avropa ölkələri qarşısında üzüağ çıxmamız deyil, eyni zamanda bu bizim gələcəyimiz üçün də çox yaxşı haldır. Qardaş ölkə Türkiyə dünyada turizm üzrə ən güclü beş ölkədən biridir. Sözsüz ki, onlardan bu sirləri yiyələnmək və öyrənmək bizi çox sevindirir. Hər hoteldən iki nəfər iştirak edir və bizlər burada topladığımız təcrübəni öz hotelimizdə həmkarlarımızla da bölüşəcəyik. Sözün düzü, bu kurslar mən 6 ay müddətində Qarsda öyrəndiklərimdən fərqli biliklərə yiyələnməyimə zəmin yaratdı”.
Kurslarda iştirak edən digər hotel işçisi Sadiq Abdullayev treninqlərin dünya standartlarına uyğun şəkildə həyata keçirdiyini bildirib. Paytaxt hotellərində fəaliyyət göstərən kurs iştirakçıları artıq özlərini “Eurovision-2012”yə hazır hiss etdiklərini deyiblər.
Qeyd edək ki, kursların növbəti il üçün “Eurovision” yarışmasına qədər yenə də təşkili nəzərdə tutulur. Bu gün beş günlük kurslarda iştirak edən dinləyicilərə sertifikatlar təqdim olunacaq.
Turizm
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
NK “Turizm haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamağı tapşırıb
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək
Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək
Xəbər Lenti
Kremldə Putinin Uitkoff və Kuşnerlə görüşü başlayıb - YENİLƏNİB
Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib
Britaniyanın maliyyə naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata təzyiq göstərir
Yəmən hökuməti: Husilərin Bab əl-Məndəbə nəzarətinə imkan verməyəcəyik