Bank Of Baku

Bu ilin sonuna qədər Azərbaycandan Türkiyəyə gedən turistlərin sayının 550 min nəfəri ötəcəyi gözlənilir

Bu ilin sonuna qədər Azərbaycandan Türkiyəyə gedən turistlərin sayının 550 min nəfəri ötəcəyi gözlənilir
# 28 noyabr 2011 08:31 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Turizm Müşavirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu müddət ərzində Türkiyəyə Azərbaycandan 496 265 nəfər turist gedib ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 23,86% artım deməkdir. Keçən ilin 10 ayında Türkiyəyə gedən azərbaycanlı turistlərin sayı 400 660 nəfər olub (fərq +95.395 nəfər). Bu ilin sonuna qədər bu rəqəmin 550 mindən çox olacağı gözlənilir.

Cari ilin oktyabr ayında Türkiyəyə gələn əcnəbi turistlərin sayı ötən ilin eyni ayına görə 7,03% artaraq 3 039 754 nəfər olub. 2011-ci ilin 10 ayında (yanvar-oktyabr) Türkiyəyə gələn turist sayında keçən ilin eyni dönəminə görə 10,36% artım qeydə alınıb.

Bu ilin 10 ayında Türkiyəyə gələn 28 665 052 nəfər turistin 32,06%-i (10 051 043 nəfər) Antalya, 24,11%-i (6 911 746 nəfər) İstanbul, 10,65%-i (3 053 299 nəfər) Muğla, 8,18%-i (2 344 070 nəfər) Ədirnə, 4,44%-i (1 272 580 nəfər) İzmir giriş qapılarından ölkəyə daxil olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR