Bank Of Baku

Türkiyə daha bir ölkə ilə viza rejimini ləğv edib

Türkiyə daha bir ölkə ilə viza rejimini ləğv edib
# 29 noyabr 2011 12:05 (UTC +04:00)
Bakı - APA-Economics. Türkiyə daha bir ölkə ilə viza rejimini ləğv edib. “APA-Economics”in Türkiyə mətbuatına istinadən xəbərinə görə, artıq Ekvador da viza rejiminin qarşılıqlı şəkildə aradan qaldırıldığı ölkələr sırasına daxil olub.

İki ölkə arasında viza rejiminin ləğv edilməsi haqqında sazi. 6 iyul 2011-ci ildə Ankarada imzalanıb. Saziş bu gün rəsmi qəzetlərdə dərc olunaraq qüvvəyə minib.

Qarşılıqlı razılaşmaya əsasən, Türkiyə və Ekvador vətəndaşlarının 6 ay ərzində ilk giriş tarixindən 90 gün ötməmək şərti ilə digər ölkəyə girib çıxmaq, tranzit keçmək və ya müvəqqəti olaraq orada qalmaq üçün viza almasına ehtiyac olmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR