Bank Of Baku

BMT missiyası Xəzərdə kruiz marşrutunun potensialını qiymətləndirmək üçün Azərbaycana gəlir

BMT missiyası Xəzərdə kruiz marşrutunun potensialını qiymətləndirmək üçün Azərbaycana gəlir
# 30 noyabr 2011 15:27 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, səfər Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzər dənizi üzrə kruiz layihəsi ilə bağlıdır.

Bununla əlaqədar Xəzər dənizində kruiz marşrutunun potensialının qiymətləndirilməsi məqsədilə BMÜTT-nin ekspert missiyasının Qazaxıstana səfəri baş tutub. Ekspert missiyasının növbəti səfəri Azərbaycana (01-04 dekabr) və Rusiyaya (04-08 dekabr) nəzərdə tutulur.

Səfər çərçivəsində ekspert Robert Kleverdonun Bakı Dəniz Limanının və Azərbaycan turizm şirkətləri assosiasiyasının rəhbərlikləri, turizm sahəsində fəaliyyət göstərən və kruiz marşrutları üzrə ixtisaslaşan şirkət nümayəndələri ilə görüşləri və perspektivlərin müzakirəsi nəzərdə tutulur. Bakıda olduğu müddət ərzində tərtib olunmuş proqram üzrə R.Kleverdon üçün şəhərin görməli yerləri, mədəni-tarixi abidələri, muzeyləri, o cümlədən milli mətbəx və milli musiqi ilə tanışlıq təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR