Bank Of Baku

Azərbaycan GUAM-ın turizm məsələləri üzrə işçi qrupunun iclasında təmsil olunub

Azərbaycan GUAM-ın turizm məsələləri üzrə işçi qrupunun iclasında təmsil olunub
# 30 noyabr 2011 15:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın turizm məsələləri üzrə işçi qrupunun Kiyevdə keçirilən növbəti iclasında təmsil olunub. APA-nın məlumatına görə, iclasda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin xarici turizm sektorunun müdiri Səbinə Zadayeva da iştirak edib. GUAM-ın qərargahında keçirilmiş tədbirə təşkilatın baş katibi Valeri Çeçelaşvili sədrlik edib. Tədbirdə Gürcüstan, Ukrayna və Azərbaycanın turizm üzrə dövlət qurumlarının rəsmiləri, Azərbaycan, Moldova və Gürcüstanın Ukraynadakı səfirliklərinin nümayəndələri qatılıb.
İclas zamanı “Yapon turistlərin cəlb olunmasına dair GUAM-ın vahid turizm məhsulu” layihəsinin növbəti mərhələsində yapon kütləvi informasiya vasitələri üçün 2012-ci ilin aprel ayında GUAM ölkələrinə press turun təşkil edilməsi qərara alınıb. Bu layihənin həyata keçirilməsi uğurla başa çatdıqdan sonra ABŞ, Kanada və Cənubi Koreya bazarları üçün buna bənzər layihələrin hazırlanması məsələsi də müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR