Bank Of Baku

Qırğızıstanın İssık-Göl vilayətinə gələn turistlərin sayı iki dəfə artıb

Qırğızıstanın İssık-Göl vilayətinə gələn turistlərin sayı iki dəfə artıb
# 05 dekabr 2011 07:45 (UTC +04:00)
Bişkek. Ramiz Məşədihəsənli - APA. Bu ilin 11 ayı ərzində Qırğızıstanın İssık-Göl vilayətinə 400 mindən çox turist səfər edib. Bu barədə APA-nın Orta Asiya bürosuna İssık-Göl vilayətinin qubernatoru Mirbek Asanakunov bildirib.

Onun sözlərinə görə, hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə 220 min çox turist bölgəni ziyarət edib və 120 mln. som (2 mln. manat) gəlir əldə olunub.

İssık-Göldə dincələnlərin əksəriyyəti Qazaxıstan vətəndaşlarıdır. 2012-ci ildə qazaxıstanlı turistlərin sayının artırılması üçün indidən tədbirlər görülür. Artıq bir neçə gün əvvəl Almatı-Karakol aviareysi açılıb. Almatıdan İssık-Gölə avtonəqliyyat yolunu qısaltmaq məqsədilə dağ aşırımından “Karkıra” yolunun təmiri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR