Bank Of Baku

İnternat məktəbinin uşaqları üçün Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya təşkil edilib

İnternat məktəbinin uşaqları üçün Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya təşkil edilib
# 05 dekabr 2011 14:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda “Turizm ili” çərçivəsində Şüvəlan qəsəbəsində yerləşən 12 nömrəli internat məktəbinin uşaqları üçün Qala qəsəbəsində yerləşən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya təşkil edilib. Ekskursiya Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Turizm İnformasiya Mərkəzinin birgə təşəbbüsü ilə keçirilib. Bu barədə APA-ya Nazirliyin turizm şöbəsindən məlumat verilib.

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində keçirilən ekskursiyada Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi və Şüvəlan qəsəbəsində yerləşən 12 nömrəli xüsusi internat evinin müəllimi, eləcə də 50 nəfər dövlət himayəsində olan kimsəsiz uşaqlar iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR