Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi “TDT Travel” MMC-yə və “Hilton Baku”ya xüsusi lisenziya verib

Mədəniyyət və Turizm Nazirliyi “TDT Travel” MMC-yə və “Hilton Baku”ya xüsusi lisenziya verib
# 06 dekabr 2011 14:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA-Economics. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “TDT Travel” MMC-yə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.

Nazirliyin turizm şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu qərar nazirliyin 28.11.2011-ci il tarixli 558 nömrəli əmri ilə verilib.

Mədəniyyət və Turizm Nazirliyinin digər əmrinə əsasən, “Hilton Baku” mehmanxanasına mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib. Bu qərar nazirliyin 28.11.2011-ci il tarixli, 559 nömrəli əmrinə əsasən qəbul edilib.

Məlumatda o da bildirilib ki, Azərbaycan Nazirlər Kabinetinin 16.07.2004-cü il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”na əsasən, cari ilin 1-2 dekabr tarixlərində Astara şəhərində fəaliyyət göstərən “Şindan” mehmanxanasını və Lənkəran şəhərində fəaliyyət göstərən “AB Qala” mehmanxanasını müvafiq təsnifatdan keçirmək və ulduz kateqoriyası vermək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin ekspert qrupu adıçəkilən mehmanxanalara baxış keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR