Bank Of Baku

Azərbaycan turizmin müxtəlif növlərini inkişaf etdirəcək

Azərbaycan turizmin müxtəlif növlərini inkişaf etdirəcək
# 07 dekabr 2011 13:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan turizmin müxtəlif növlərini inkişaf etdirəcək. «APA-Economics»in məlumatına görə, bunu «Müstəqilliyin 20 illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər» mövzusunda bu gün Bakıda keçirilən konfransda çıxış edən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Mahir Qəhrəmanov bildirib.

Ölkənin son 20 il ərzində turizm sahəsində əldə etdiyi nailiyyətlərdən danışan M.Qəhrəmanov onu da qeyd edib ki, əgər 2003-cü ildə Azərbaycanda 73 turizm operatoru fəaliyyət göstərirdisə, 2010-cu ildə sözügedən müəssisələrin sayı 211-ə çatıb, cari ilin ilk doqquz ayında isə ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 197-dək azalıb. Nazirlik rəsmisi bunu Azərbaycanda keyfiyyətli xidmətin göstərilməsinə üstünlük verilməsi ilə əlaqələndirib.

M.Qəhrəmanov həmçinin bildirib ki, 2001-ci ildə ölkədə 87, 2005-ci ildə 260, 2010-cu ildə 499, cari ilin yarısında isə 504 mehmanxana fəaliyyət göstərib: «Hazırda təkcə Bakıda 6 dünya brendli hotel tikintisi aparılır ki, bunlardan artıq bir neçəsi istifadəyə verilib».

«Şahdağ» qış-yay turizm kompleksinin inşasından danışan nazirliyin rəsmisi onu da vurğulayıb ki, kompleksi istifadəyə verildikdən sonra burada eyni zamanda 5 min nəfərlik yer, o cümlədən 10 min nəfər turistin kompleksin xidmətlərindən istifadə edə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR