Bank Of Baku

Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbi yaradılacaq

Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbi yaradılacaq
# 07 dekabr 2011 15:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Nazirlər Kabineti Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbinin yaradılması haqqında qərar qəbul edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Peşə Məktəbi Təhsil Nazirliyinin ləğv edilmiş 11 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılacaq. Bakı Turizm Peşə Məktəbinin 2011/2012-ci tədris ilindən fəaliyyətə başlaması üçün cari ilin sonunadək tələb olunan xərclərin maliyyələşdirilməsi 2011-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsinin müvafiq paraqrafında nəzərdə tutulmuş vəsait hesabına Təhsil Nazirliyi tərəfindən təmin ediləcək.

Qərara əsasən Maliyyə Nazirliyi 2012-ci ildən başlayaraq, Bakı Turizm Peşə Məktəbinin fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsinin xərclərinin müvafiq bölməsində Mədəniyyət və Turizm Nazirliyi üçün vəsait nəzərdə tutmalıdır.

Hökumətin qərarı ilə Təhsil Nazirliyinin balansında olan, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, 17 ünvanında yerləşən 11 nömrəli Bakı Peşə Liseyinin 0,9662 ha torpaq sahəsinə malik dördmərtəbəli binasının bir hissəsi (6833.5 kv.m) ona məxsus əmlakla birlikdə Mədəniyyət və Turizm Nazirliyinin balansına daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR