Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi: Azərbaycanda turist şirkətlərinin sayının azalması gözlənilir

Mədəniyyət və Turizm Nazirliyi: Azərbaycanda turist şirkətlərinin sayının azalması gözlənilir
# 09 dekabr 2011 10:40 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Turizm sektorundakı rəqabət Azərbaycandakı turist şirkətlərinin sayının azalması ilə nəticələnəcək. Bu barədə «APA-Economics»ə Mədəniyyət və Turizm Nazirliyinin şöbə rəisi Aydın İsmiyev bildirib.

Onun sözlərinə görə, bir neçə il əvvəl Azərbaycanda turizm şirkətlərinin sayı 250-300-ə çatmışdı, indi isə bu rəqəm 200 ətrafındadır.

A.İsmiyev turizm şirkətlərinin normal fəaliyyət göstərməsi üçün onların maddi imkanlarının böyük olmasını da vacib sayır: «Şirkətlərin öz turizm xidmətlərini reklam etməsi üçün vəsaitləri, avtobusları, təyyarələr icarə etmək və s. imkanları olmalıdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR