Bank Of Baku

Gürcüstana gedən azərbaycanlı turistlərin sayı 30% artıb

Gürcüstana gedən azərbaycanlı turistlərin sayı 30% artıb
# 09 dekabr 2011 10:56 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Gürcüstanın Milli Turizm Agentliyinin departament rəhbəri Rusudan Mamatsaşvili bildirib.

Onun sözlərinə görə, təkcə bu ilin 11 ayında Azərbaycandan Gürcüstana 643 min turist səfər edib.

Departament direktoru bildirib ki, Azərbaycanlı turistlərin Gürcüstana marağının əsas səbəbi xidmət və hotel qiymətlərinin aşağı olması, burda çoxlu tədbirlərin və konsertlərin keçirilməsidir: «Qiymətlər çox məqbuldur, üstəlik, bizim şirkətlər müxtəlif endirim kampaniyaları da keçirirlər. Nəticədə Gürcüstanın elitar yay və qış kurortları Azərbaycanda çox populyardır».

Paralel olaraq Gürcüstandan Azərbaycana gələn turistlərin də sayı artır, amma onların sayı əks istiqamətdə gedənlərin sayından xeyli azdır. R.Mamatsaşvilinin sözlərinə görə, gürcü turistləri Azərbaycana biznes məqsədilə və həftə sonlarında istirahət etmək üçün gəlirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR