Bank Of Baku

Tiflis meri: “Ümid edirəm ki, “Eurovision” keçirilən günlərdə Bakıda ola biləcəyəm”

Tiflis meri: “Ümid edirəm ki, “Eurovision” keçirilən günlərdə Bakıda ola biləcəyəm”
# 09 dekabr 2011 16:59 (UTC +04:00)
Bunu “APA-Economics”ə açıqlamasında Tiflis meri Gigi Uqulava deyib.

Onun sözlərinə görə, bunu ənənəyə çevirmək və ildə iki dəfə keçirmək niyyətindədirlər: “Özü də hər bir festivalı bir həftə ərzində keçirmək istəyirik”.

Merin fikrincə, üç gün davam edəcək festival Gürcüstan paytaxtına turist axınını stimullaşdıracaq.

Bu yaxınlarda Bakıda olduğunu xatırladan G.Uqulava Azərbaycan paytaxtında aparılan tikinti-quruculuq işlərinin miqyasından heyrətləndiyini bildirib. Tiflis meri Azərbaycan jurnalistlərinin sualına cavab olaraq bildirib ki, iş qrafiki imkan verərsə, gələn ilin may ayında Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsində tamaşaçı kimi iştirak etmək niyyətindədir: “Ümid edirəm ki, “Eurovision” mahnı müsabiqəsi keçirilən günlərdə Bakıda ola biləcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR