Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi daha bir neçə mehmanxana və istirahət mərkəzinə baxış keçirib

Mədəniyyət və Turizm Nazirliyi daha bir neçə mehmanxana və istirahət mərkəzinə baxış keçirib
# 12 dekabr 2011 13:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA-Economics. Mədəniyyət və Turizm Nazirliyi dövlət təsnifatından keçirilməsi məqsədilə daha bir neçə mehmanxana və istirahət mərkəzinə baxış keçirib.

Mədəniyyət və Turizm Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, baxış keçirilən obyektlər arasında Abşeron rayonunda fəaliyyət göstərən “Neapol” və Sumqayıt şəhərində fəaliyyət göstərən “Aylı Gecə” mehmanxanalarını, Quba rayonunda fəaliyyət göstərən “Aynur” və “Cənnət Bağı”, Xaçmaz rayonunda fəaliyyət göstərən “Ober-lux” və “Palma” istirahət mərkəzləri var. Adları qeyd olunan obyektlərə keçirilən baxış onları müvafiq təsnifatdan keçirmək və ulduz kateqoriyası vermək məqsədi daşıyır.

Qeyd edək ki, sözügedən baxış Azərbaycan Nazirlər Kabinetinin 16.07.2004-cü il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”na əsasən aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR