Bank Of Baku

Almaniyalı mütəxəssislər Azərbaycan Turizm İnstitutunda olublar

Almaniyalı mütəxəssislər Azərbaycan Turizm İnstitutunda olublar
# 13 dekabr 2011 14:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA-Economics. Bu gün Höte İnstitutu tərəfindən Açıq Cəmiyyət İnstitutunun dəstəyi ilə Bakıda keçirilən təlim-seminarın təşkilatçıları - Avropa Mədəniyyət Parlamentinin üzvü, Mədəni siyasət və art menecment üzrə müstəqil ekspert Cahangir Səlimxanov, almaniyalı mütəxəssislər Malte Bergmann və Marc Piesbergen Azərbaycan Turizm İnstitutunda olublar.

APA-Economics”in məlumatına görə, ATİ-nin rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov ali təhsil ocağının fəaliyyətində mədəniyyətin idarə olunması istiqaməti üzrə menecment kadrların hazırlığına xüsusi önəm verildiyini diqqətə çatdırıb. Rektor C.Cəfərov görüş-fikir mübadiləsi çərçivəsində reallaşan tədbirin institut kollektivi üçün faydalı olacağına əminliyini bildirib.
C.Səlimxanov qeyd edib ki, bu gün dünyada aktuallığı ilə seçilən mövzulardan biri məhz müasir şəhər və regionlarda mədəni istehsal sahəsində inkişafın canlandırılmasıdır: “İki gün davam edən tədbirin əsas məqsədi qeyd edilən problemin həllinə nail olmaqdır. Seminar-təlimin gedişində beynəlxalq meyllərin aşılanması, Almaniyada mövcud olan modern nümunələrin təqdimatı və mədəni istehsalın inkişaf perspektivləri müzakirə obyekti olub. Bu gün sizlərlə mədəniyyət və qloballaşma seriyasından “Mədəniyyət iqtisadiyyatı” adlı beynəlxalq məcmuənin Azərbaycan dilindəki xülasəsini müzakirə edəcəyik. Sizin təklifləriniz Azərbaycanda yenicə istiqamət almış mədəniyyət iqtisadiyyatının formalaşmasında əhəmiyyətli rol oynaya bilər”.

Tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Elm-təhsil şöbəsinin müdiri Yaşar Əliyev iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR