Bank Of Baku

Doğu Akdeniz Universitetinin rektoru Abdullah Öztopraq Azərbaycan Turizm İnstitutunda olub – FOTO

Doğu Akdeniz Universitetinin rektoru Abdullah Öztopraq Azərbaycan Turizm İnstitutunda olub – <font color=red>FOTO </font>
# 20 dekabr 2011 07:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Avropanın ən nüfuzlu universitetlərindən sayılan Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz Universitetinin rektoru Abdullah Y. Öztopraq Azərbaycan Turizm İnstitutunun qonağı olub. APA-nın məlumatına görə, ATİ-nin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov turizm sənayesinin tələblərinə rəğmən ixtisaslı kadr hazırlığını həm Azərbaycan, həm də Şimali Kipr Türk Cümhuriyyəti üçün başlıca məqsədlərdən biri kimi dəyərləndirib.
Rektor Öztopraq 2012-ci ilin aprelində “Universitetlərdə liderlik və idarəçilik: problemlər və uğurlar” mövzusuna həsr ediləcək simpozium işində Azərbaycandan 6 universitetin, o cümlədən Azərbaycan Turizm İnstitutundan müvafiq şəxslərin iştirakı, yay məktəbinin fəaliyyətini şərtləndirən mübadilə prosesinin planlaşdırılması və qurulması, ATİ əməkdaşları üçün gələn il yanvarın 29-dan fevralın 4-dək “Turizm və Qonaqpərvərlik menecmenti” kurrikulumun təkmilləşdirilməsi mövzusunda keçiriləcək beynəlxalq kursun təşkili məsələlərindən danışıb. ATİ-nin rektoru Cəfər Cəfərov universitetlərarası əməkdaşlığın tezliklə bəhrə verəcəyinə inandığını bildirib.
Görüşdə ATİ-nin prorektoru E. Aslanov, Turizm işinin təşkili və idarəedilməsi fakültəsinin dekanı N. Nəsirli, Beynəlxalq əlaqələr və layihələr şöbəsinin müdiri Ş. Əhmədova iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR